“Acıtan yürek” filmin seçim turlarının qeydiyyatına başlanılıb

Türkiyə və Azərbaycanın birgə layihəsi olan "Acıtan yürek" bədii filminin çəkiləşlərinin seçim turlarına qeydiyyat dünəndən-mayın 25-dən etibarən başlayıb. Mayın 25-i və 26-ı ilə yanaşı, iyunun 1-i və 2-nə kimi qeydiyyat, iyunun 8, 9, 15, 16, 22 və 23 mərhələli sınaq turları keçiriləcək.
Bu barədə layihənin mətbuat katibi Fuad Mədətov məlumat verib. O, bildirib ki, Azərbaycanın şəhər və rayonlarında (Bakı, Sumqayıt, Lənkəran, Bərdə, Gəncə, Qəbələ və Naxçıvan) baş tutacaq qeydiyyatın dəqiq vaxtı isə ictimaiyyətə ən azı 10 gün əvvəl məlumat veriləcək.
Türkiyənin tanınmış rejissoru Cansu Kırdar İrmakın ekranlaşdıracağı "Acıtan yürek" filminin seçim turlarında ictimaiyyətə tanınmayan simalar və ilk dəfə kamera qarşısına keçən şəxslər çəkiləcək.
Məşhur aktyor Saruhan Hunel isə Bakıya filmin final seçim turlarında gələcək və münsif kimi qatılacağı seçim turlarında layiq bildiyi rola uyğun simaları təklif edəcək.
Məlumat üçün bildirək ki, "Acıtan yürek" filmin çəkilişlərini Azərbaycanda Bakı və Qəbələdə, Türkiyədə isə İzmirdə gerçəkləşdirəcək.
Seçim turlarına 18-30 yaş arası gənclərlə (qeydiyyatın qiyməti 4 AZN dəyərindədir) yanaşı, 3-14 yaş arası uşaqlar da (qeydiyyatın qiyməti 2 AZN dəyərindədir) qatılmasına ehtiyac var. Bunun üçün qeyd olunan yaş həddinə uyğun şəxslər (qadın və kişi) şəxsiyyət vəsiqəsinin surətiylə və 2 ədəd 3x4 ölçülü şəkillə qatıla bilərlər.
Layihənin informasiya dəstəyi Mod.Az xəbər portalıdır.

Əlaqə telefonları: +994 55 3696749 \ +994 55 5222499

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31