Cahangir Qurbanov yeni klip çəkdirəcək
27 May 2013 12:24 MədəniyyətOpera və Baletv Teatrının solisti, vokal ifaçı Cahangir Qurbanov növbəti klipinin çəkilişlərinə start verəcək. "OLAYLAR IA"nın məlumatına görə, əsasən rus-dilli mahnıların ifaçısı kimi tanınan müğənni bu dəfə də ənənəsinə sadiq qalacaq. İfaçı "Moya bezumnaya lyubov" mahnısı ekranlaşdıracaq. Bu, onun sayca 8-ci klipi olacaq. Nail Naiboğluya həvalə edilmiş klipin çəkilişləri Gürcüstanda aparılacaq. Cahangir Qurbanov klipmeyker Nail Naiboğlunun rəhbərlik etdiyi çəkiliş qrupu ilə birlikdə bu gün - 27 mayda Gürcüstana yola düşür. Yaradıcı qrupun səfəri ayın sonunda - 31 mayda başa çatacaq. Qeyd edək ki, Opera və Balet Teatrının solisti Cahangir Qurbanov sənətdə səhnəmizin hazırki dövrünə xas olmayan fərqli mövqe tutub. O, sırf yaradıcılıqla məşğuldur. Cahangirin arxasında güclü komanda durur. Müğənninin mahnılarının müəllifi Eldar Həsənovun başçılığı ilə komanda yaradılıb və bu komanda Cahangirin uğurları üçün çalışırlar. Sənətçinin işləri meneceri Turalın baş prodüserliyi ilə "Ultras Production" şirkəti məşğul olur. Meneceri Tural, "Cahangirin işi sırf oxumaqdır. Yaradıcı insan sırf yaradıcılıqla məşğul olmalıdır".
Cahangir Qurbanovun repertuarındakı mahnılar elə "Ultras Production"un nəzdindəki səsyazma studiyasında hazırlanır. Musiqiçi Ataxanın (Fərahim Qulubəyov) aranjeman etdiyi mahnılar Givinin səs rejissorluğu ilə yazılır. Qrupun bədii rəhbəri Pərvin Hüseynoğludur.
Onu da deyək ki, Opera və Balet Teatrının solisti olan ifaçı Cahangir Qurbanov teatrda işlədiyi qısa müddət ərzində bir neçə səhnə əsərində rol alıb. "Leyli və Məcnun"da Nofel, "Sevil"də Atakishi, "Toska"da Ancelotti, "Şah İsmayıl"da "Aslan şah", "Koroğlu"da Koroğlunun atası Alı obrazlarını yaradıb.