“Türkiyənin bayrağını dalğalandırmağı borc bildim”
27 May 2013 11:38 Mədəniyyət"Eurovision" mahnı yarışmasında ikinci olan azərbaycanlı Fərid Məmmədov İstanbulda keçiriləcək tədbirlərdə iştirak etmək üçün qardaş ölkəyə səfər edib. "OLAYLAR"-ın xəbərinə görə, səfər zamanı Cihan Xəbər Agentliyinə müsahibə verən Fərid Məmmədov Türkiyə və Azərbaycanın iki qardaş ölkə olduğunu deyib. Yarışmada Türkiyənin də bayrağını dalğalandırmak üçün səhnəyə Türk bayrağı ilə çıxdığını deyən Fərid Məmmədov bildirib ki, Türkiyənin musiqi yarışmasına qatılmamasından da təəssüf edib: "Biz qardaş ölkəyik. Türkiyə Eurovisiona qatılmamışdı, bundan çox üzüldüm. Bu səbəbdən Türkiyənin bayrağını orada dalgalandırmağı özümə bir borc bildim və dalgalandırdım da. İnşallah gələn il Türkiyə bu yarışmada iştirak edər"..
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31