Yeni Hürrem Sultan gəlir
Gelçin Santırcıoğlunun yeni rolunun öhdəsindən də məharətlə gələcəyi gözlənilir
26 May 2013 19:15 Mədəniyyət."Muhteşem Yüzyıl" serialında Hürrem Sultan obrazını yeni aktrisa canlandıra bilər. ANS PRESS-in məlumatına görə, Meryem Üzərlinin Türkiyəni tərk edərək Berlinə getməsindən sonra filmin çəkiliş heyəti yeni baş rol ifaçısı axtarışına çıxıb.Çəkiliş qrupu Meryem Üzərlinin Türkiyədən getməsi ilə filmi sona çatdırmaq istəmir. Türkiyə mətbuatının yazdığı məlumata görə, Hürrem Sultan roluna Gelçin Santırcıoğlu gətirilə bilər."Elveda Rumeli" serialında Haticə xarakteri ilə tamaşaçıların rəğbətini qazanan aktrisanın Hürrem Sultan rolunun öhdəsindən də məharətlə gələcəyi gözlənilir
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31