İctimai Televiziyada daha bir kadr dəyişikliyi
25 May 2013 17:12 Mədəniyyətİctimai Televiziyada daha bir kadr dəyişikliyi baş verib. "Qafqazinfo"nun xəbərinə görə, İTV-yə yeni seçilən baş direktor Cəmil Quliyev bu dəfə televiziyanın Musiqi Departamentinin rəhbərini dəyişib.Maraqlıdır ki, bu dəfə də təyinat AzTV üzərindən gerçəkləşib. Belə ki, İTV-yə gətirilən Əsəd Məmmədov əvvəllər AzTV-nin Musiqi redaksiyasının baş redaktoru olub. O, AzTV-də Nadir Axundovun kadrı kimi tanınıb.
Bu vaxta kimi isə İTV-də musiqi departamentinin rəhbəri Natiq Abdullayev olub. O, mayın əvvələrində vəzifəsindən kənarlaşdırılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31