Brilliant Dadaşova: “Mahnılarım əzələ üçün yox, qulaq üçündür”
24 May 2013 19:05 MədəniyyətBu gün media nümayəndələrini başına yığan xalq artisti Brillant Dadaşova Heydər Əliyev adına Respublika Sarayında yaranan bilet qıtlığı ilə əlaqədar böyük məkanların biri olan Tofiq Bəhramov adına Respublika Stadionunda konsert verməməsinin səbəbini izah edib: "Mahnılarım əzələ üçün yox, qulaq üçündür. Stadionda canlı olaraq ifa etmək mümkün deyil. Heç kəs belə açıq şəraitdə canlı mahnı ifa edə bilməz. Mən də tamaşaçılarıma fonoqram deyil, canlı ifa bəxş etmək üçün yenidən respublika sarayını seçdim. 17-yə yaxın mahnıyla sevənlərim üçün konsert verəcəyəm. Təşkilatçılara biletlə bağlı verdikləri sözlərinin üstündə durmasalar da qalan işləri lazımınca icra etdilər". Xalq artisti heç kəsə heç vaxt duet təklif etməyəcəyini desə də...: "Heç kəsə duetlə bağlı təklif vermirəm. Kim mənlə duet oxumaq istəyirsə o mənə müraciət edir". Tamaşaçılarla hər zaman yaxın ünsiyyətdə olan müğənni konsertlərdə geyimi ilə yanaşı ayaqqabı seçimində də diqqətli olduğunu deyib: "Hər zaman çox rahat ayaqqabı geyinirəm ki, arxa cərgədə olan tamaşaçılarımla da görüşə bilim. Adam var ki, geyiminə fikir vermir. Amma mənim üçün hər biri ayrılıqda çox önəmlidir".