Fatimə yeni prodüseri ilə işbirliyini rəsmiləşdirəcək
24 May 2013 19:03 MədəniyyətAzərbaycanın tanınmış rəqqasələrindən olan Fatimə ilə prodüser Təranə Səmədovanın birgə çalışması barədə xəbərlər dolaşsa da, tərəflər bu işbirliyilərini rəsmi şəkildə təsdiqləməmişdilər. "OLAYLAR"a açıqlama verən rəqqasə Fatimə bildirib ki, artıq bu gün yeni prodüsseri ilə işbirliyini rəsmiləşdirəcək. "Təranə ilə bir neçə müddət idi ki, birgə çalışmaq fikrində idik. Bu yaxınlarda isə belə bir qərara aldıq ki, birgə işləyək. Təranə ilə illərdir rəfiqəlik edirəm. Bir çoxları onu qalmaqallı prodüsser kimi adlandırsa da, mən bu fikirdə deyiləm. Çünki mən onu bu gün yox, illərdir tanıyıram. Güman edirəm ki, iş birliyimiz uzun müddətli və yaxşı olacaq", - deyə rəqqasə bildirib.
Qeyd edək ki, rəqqasə Fatimənin yeni prodüseri Təranə Səmədova bir müddət bundan öncə müğənni Günay İbrahimli ilə çalışırdı. Hal-hazırda isə o Fatimə ilə yanaşı müğənni Fəqan Səfərov və Nəsimi Məmmədovla da işləyir.