Bred Pitt nadir rast gəlinən ağır xəstəliyə tutulub
24 May 2013 19:47 MədəniyyətBredd Pitt daha Ancelina Colinin gözəlliyini görə bilməyəcək. Bred Pitt beyin xəstəliyi ucbatından evdən çölə çıxmağa qorxur. 37 yaşlı həyat yoldaşı Ancelina Colinin ardınca 49 yaşlı Bred Pitt özü də ağır xəstəliyə tutulub. Milli.Az-ın Rusiya mətbuatına istinadən məlumatına görə, tanınmış aktyor beyin xəstəliyindən əziyyət çəkir. Bu xəstəlik ucbatından insanların sifətlərini ayırd edə bilmir. Həkimlər bu xəstəliyi prozopaqniziya adlandırırlar.
Hazırda Bred Pitt bacardıqca evdən çölə çıxmamağa çalışır. O, xəstəliyi ucbatından insanların xətrinə dəyməkdən narahatdır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31