Brilliant “Apar məni” deyəcək
Xalq artisti Heydər Əliyev adına sarayda konsert verəcək
24 May 2013 18:24 MədəniyyətBu gün xalq artisti Brillant Dadaşova ayın 29-da Heydər Əliyev adına Respublika Sarayında təşkil ediləcək "Apar Məni" konserti öncəsi media nümayəndələri üçün mətbuat konfransı keçirib. Konsertin başlanğıcında media nümayəndələrinə xəbərdarlıq edən müğənninin mətbuat katibi Seymur Zaxaryaev jurnalistləri yalnız konsertlə bağlı suallar verməyə səsləyib: "Gəlin bir-birimizə hörmət edək. Başqa mövzularda veriləcək suallar cavabsız buraxılacaq". 15 gün ərzində respublika sarayının nümayəndəliyi ilə birgə belə qərara gələn müğənni konsert haqda məlumat verib: "Hər mahnı üçün xüsusi işıqlandırma sistemi hazırlanıb. Konsertin işıq rejissoru Mustafa Candır". Artıq 12 ildir ki, respublika sarayında konsert vermədiyini deyən müğənni tamaşaçılarla mütəmadi olaraq görüşdüyü üçün buna bir o qədər də ehtiyac dumadığını dilə gətirib: "Mütəmadi olaraq el məclislərində, dövlət tədbirlərində sevənlərimlə bir arada oluram. Mən harda olsam, tamaşaçılarım arxamca gələcək. 15 gün ərzində 1500 biletimin satılması da məhz bundan xəbər verir. Əslinə qalsa biz sentyabr-oktyabr aylarında konsert verməyi düşünürdük. Lakin konsertə 15 gün qalmış belə qərar qəbul etdik". Konsertin adının niyə məhz "Apar Məni" olmasına toxunan xalq artisti bu haqda da danışıb: "Mənim özümə məxsus musiqi dünyam var. Hər zaman o dünyada olaraq oradakı al-əlvan işıqları görürəm. Buna görə tamaşaçılarımı da "Apar Məni" konserti ilə həmin işıqlı dünyaya aparmağı qərarlaşdırıram". Daha sonra media nümayəndələrinin suallarını cavablandıran Brilliant Dadaşova heç kəsə pulsuz bilet vermədiyini deyərək yayılan şayiələrə də son qoyub: "Mənim sosial şəbəkədəki dostlarım, jurnalistlər konsert üçün pulsuz bilet istədilər. Onlara söz verdim. Təşkilatçılar ayın 22-də həmin biletləri verəcəklərini desələr də hələ günü bu günədək biletlər mənə çatmayıb. Bütün bunlar boş şayiələrdir".
Qeyd edək ki, konsertdə məşhur müğənnilərdən Elza Seyidcahan, Zamiq, Rüstəm Zeynallı və digər tanınmışlar da iştirak edəcək.