"Muhteşem yüzyıl"a daha bir zərbə: cəmi 3 seriya qaldı

Türkiyənin ən populyar serialı "Muhteşem yüzyıl"da qalmaqallar və problemlər bitmir

milli.Az AHT-yə istinadən bildirir ki, serialda Hürrəm Sultan rolunu oynayan aktrisa Məryəm Üzerlinin psixoloji durumunun pozulması və bu səbəbdən də depressiyaya düşərək Berlinə yollanması ilə bağlı iddialar artır. Bu arada "Muhteşem yüzyıl"da Sultan Süleyman rolunu oynayan aktyor Halit Ergenç bir neçə aktyorla müzakirələr aparıb.
O, müzakirələr üçün İstanbulun Levent səmtindəki "Köşebaşı" restoranını seçmişdi. Restoranın sakit bir məkanına toplaşan "Muhteşem yüzyıl" aktyorları Məryəm Üzerlinin gedişi ilə bağlı situasiyanı nəzərdən keçiriblər. Serialın başa çatmasına cəmi 3 seriya qaldığını və Məryəm Üzerlinin geri dönməyəcəyi təqdirdə, çəkilişlərin necə aparılacağını müzakirə ediblər. Bu arada bəlli olub ki, Məryəm Üzerli sevgilisi Can Ateşlə də problemlər yaşayır. Onların arasındakı münasibətlərin çox pisləşdiyi deyilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31