Merilin Monronun fotoları oğurlandı
25 May 2013 01:54 MədəniyyətÇexiyada Merilin Monronun əşyaları olan yük maşını oğurlanıb. Publika.Az-ın məlumatına görə, əşyalar Praqada iyunda keçiriləcək sərgiyə gedirmiş. Qarət edilmiş və qaçırılmış yük maşınını polis Praqanın cənub qərbində Beroun rayonunda tapıb. Sərginin kuratoru Alisa Titrova isə deyib: Xoşbəxtlikdən maşında bahalı eksponatlar olmayıb. Orada daha çox çərçivələr, şüşə vitrinlər və başqa lazımi materiallar olub. Orada Monronun yalnız fotoları olub. Yük maşınında Salvatore Ferragamo emblemi olub. Bu şirkət daha çox elit və bahalı ayaqqabılar istehsalı ilə məşhurdur. Polis ehtimal edir ki, oğrular da məhz elit ayaqqabıları oğurlamaq istəyiblər.
Sərginin təşkilatçılarına isə 50 min dollar ziyan dəyib. Sərginin nə zaman açılacağı və ya ümumiyyətlə açılacağı sual altındadır.