Məşhur müğənni vəfat edib

Olaylar İA-nin verdiyi xəbərə görə yunan əsilli fransız bəstəkarı və müğənnisi Georgi Mustaki tənəffüs çatışmazlığından 79 yaşında vəfat edib. Mustaki bir çox sənətçilər tərəfindən ifa olunan "Pis əcnəbi" mahnısının müəllifidir. Misirin İskəndəriyyə şəhərində dünyaya gələn məşhur sənətçi 1951-ci ildə Parisə gələrək musiqiçi kimi işləməyə başlayıb. Burada o bir çox dilə tərcümə olunan "Milord" parçasını bəstələyib. Mustaki "İnsanlar mənim tənbəl olduğumu fikirləşirlər. Mən tənbələm, yaradıcılıq işi üçün tənbəlliyə ehtiyacım var".

Qeyd edək ki, 2011-ci ildən etibarən tənəffüs çatışmazlığından əziyyət çəkən sənətçi 300-dən çox əsərin müəllifidir. Sənətçi sonuncu konsertini 2009-cu ildə verib. Sufi musiqiləri ilə yaxından maraqlanan Mustaki bu yönümdəki bəstələrini də konsertlərində səsləndirirdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31