Aktyor niyə dustaq olacaq?

Məşhur aktyor Mətləb Səfərli bu dəfə də dustaq həyatı yaşayacaq

Bu haqda "OLAYLAR"a danışan "Pərvanələrin Rəqsi" kimi ekran əsərlərinin tanıınmış simalarından olan Mətləb Səfərli çəkiləcəyi yeni serial haqda bir çox məqamları gizlin saxlasa da bəzi nüanslar haqda az da olsa məlumat verib: "Yeni seriala çəkiləcəyəm. Serialın adı hələ ki, sirr saxlanılır. Sujet xətti ailə dramı üzərində qurulub". Yeni tamaşada rol alacağını deyən aktyor bu dəfə dustaq obrazını canlandıracağını vurğulayıb: "Bəhram Osmanovun quruluş verdiyi "Yusifin qəmi" əsərində Ruvil və üçüncü dustaq rolunu canlandıracağam. Bundan başqa fəaliyyət göstərdiyim teatrda yeni tamaşalar hazırlanır. Yaxın günlərdə bir çox yeni obrazlarla teatr sevənlərin qarşısına gələcəyik".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31