Rafet El Roman 100 minlik təzminat istədi

Məşhur müğənni Rafet El Roman keçmiş nişanlısı Ceren Kaplakarslanın atası Atilla Kaplakarslandan söylədiyi iftiralara görə 10 min türk lirəsi dəyərində təzminat tələb edib

"OLAYLAR"ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bir müddət öncə qızlarının istəyi ilə nişanlısından ayrılan müğənni daha sonradan Cerenin atasının səsləndirdiyi fikirlərə və təhqir dolu ifadələrə görə yaxın günlərdə onları məhkəməyə verəcəyini demişdi. Artıq bir neçə gün öncə məhkəməyə müraciət edən Rafet El Romanın iddia ərizəsindəki tələbləri bu gün media üçün açıqlanıb. Müğənninin vəkili iddia ərizəsində Rafet El Roman haqda Atilla Kaplakarslanın  "mən o, adamın kim olduğunu bilirdim. Xidmətçisini hamilə qoyan bir adamdan nə gözləmək olar bundan başqa?" səhv fikirlər söylədiyini deyərək səslənən ifadələrə görə qarşı tərəfin azyaşlı qızlarının psixoloji durumunda gərginlik yarandığına görə vurulan zərəri ödəmək məqsədi ilə 100 min türk lirəsi dəyərində təzminat tələb edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31