Gülyaz və Gülyanaq bacıları "Davay do svidanya" deyəcək VIDEO
Mayın 28-də ANS telekanalında indiyədək görmədiyiniz bir konsert şousunun şahidi olacaqsınız
24 May 2013 11:43 MədəniyyətMay ayının 28-də ANS telekanalında yayımlanacaq bayram proqramında siz indiyə kimi haqqında eşitmədiyiniz, görmədiyiniz bir konsert şousunun şahidi olacaqsınız. İndiyənə kimi fonoqramına qüvvət verən müğənnilər bu dəfə canlı olaraq özlərinin deyil, sənət yoldaşlarının mahnılarını ekspromt ifa edəcəklər.Məsələn, meyxanaçılar İntiqam və Ehtiram qardaşlarının "Tı kto takoy davay do svidaniya" meyxanasını bu dəfə Gülyaz və Gülyanaq Məmmədova bacıları ifa edəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31