Tanınmış azərbaycanlı öncəgörücü müğənnimizin cadusundan danışdı
“Ayıb olsun o, insanlara ki...”
24 May 2013 10:35 MədəniyyətMilli.Az xəbər verir ki, Lider TV-də yayımlanan "Pərdə" verilişinə müsahibəsində tanınmış estrada müğənnisi Elnur Məmmədov ona edilmiş cadulardan danışıb: "Heç vaxt bu barədə danışmamışam, utanmışam. Amma məni tanıyan insanlar dəfələrlə zəng edib deyirlər ki, filan şəkilini, filan cadugərin evində gördüm. Bu faktı üzə çıxaranlar xətrimi istəyən insanlardır. Onlar deyirlər ki, caduları mənə etdirənlər elə sənət yoldaşlarımdandır. Bu mövzunu dilə gətirəndə özüm də xəcalət çəkirəm".Milli.Az-a açıqlamasında Elnurun fikirlərinə münasibət bildirən tanınmış öncəgörücü Yeganə Zeynalova müğənniyə bu sözlərlə təskinlik verdi:"Süjetə baxdım və bu qənaətdəyəm ki, Elnurun üzərində heç bir cadu əlaməti yoxdur.Bilmirəm bunu kim deyib, kökündən yalandır. Onu həvəsdən salmaq istəyirlər. Nəinki Elnura, bütün məşhurlara üzümü tutub demək istəyirəm ki, hər şeyi caduya bağlamasınlar. İnsanın həyat yolu var. Bəzən uğur da olur, uğursuzluq da. Bu, o demək deyil ki, həmin adam caduludur? Ayıb olsun o insanlara ki, sənətçilərimizi aldadıb, onları ruhdan salırlar. Bəlkə də, qazanc naminə hansısa baxıcı bu sözü deyə bilər. Mən cadusu olmayan insanı aldada bilmərəm".