TRT kanalı Azərbaycan Xalq Cumhuriyyətinin yaradılmasının 95 illiyi münasibəti ilə Bakı da canlı yayım reallaşdıracaq
23 May 2013 17:04 MədəniyyətŞərqin ilk Türk Cumhuriyyəti Azərbaycan'ın yaradılmasının 95 illiyi münasibəti ilə TRT Türk'ün sevilən elm, sənət, mədəniyyət proqramı ''Doğudan Batıya'' paytaxt Bakıdan yayımlanacaq. TRT Bakü Temsilcisi Yüksel Değercan'ın verdiyi məlumata əsasən Mədəniyyət kanalı vasitəsi ilə Azərbaycan'ın mədəniyyəti və musiqisi 90 dəqiqə boyunca bütün dünyada izlənəcək.
Proqramın ssenari müellifi və rejissoru Yeşim Kazaoğlu, aparıcısı Erhan Konuk'un olduğunu bildirən Değercan, Azərbaycan'ın məşhur balaban sənətçisi Əlixan Səmədov və qrupunun proqramın daimi qonaqları olduğunu söyledi.
Azərbaycan'ın məşhur sənətçisi Brilyant Dadaşov'a, İlqar Muradov, Samir Cəfərov və bir çox sənətçilər proqrama dəvətlidirlər.
''Doğudan Batıya'' proqramı 28 May tarixində Bakı saatı ilə 00.30 da TRT Türk və Mədəniyyət kanalında ortaq yayımla ekranlara gələcək.
Bununla yanaşı ''Zengin Kız Fakir Oğlan'' serialının çəkim qrupu və aktyorları da 28 May tarixində Bakıya gələrək ssenari, çəkiliş məkanı və aktyor qrupunu müəyyənləşdirəcəklər.
Azərbaycan'ın məşhur sənətçilərinin iştirakı ilə 28 May saat 18.30-da Park Bulvar Ticarət Mərkəzində imza günü keçiriləcək.