Ibrahim Tatlısəs lahmacunun qiymətinə etiraz etdi
Hər addımı ilə Türkiyədə müzakirə olunan məşhur müğənni İbrahim Tatlısəs bu dəfə də Bodrumda alıcılara təqdim olunan menyudakı qiymətlərə etiraz etdi
23 May 2013 16:58 Mədəniyyət"OLAYLAR"ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, müğənni bu haqda "Tvitter"dəki rəsmi səhifəsində status paylaşıb: "Bu gün xəbərlərin birində lahmacunla ayranın 64 türk lirəsinə olduğunu gördüm. Eyibdir, harda bu qədər qiymət yüksəkliyi var? Təkcə Bodrumda qiymətlər alışıb yanır. Məndən yaxşı bu işi kimsə bilməz. Çünki 50 ilə yaxındır ki, lahmacun və ciyər yeməklə günümü keçirmişəm. 64 lirəlik lahmacunu heç kim mənə yedizdirə bilməz. Onsuz da sizə veriləcək 64 lirəm də yoxdur. Yaxın günlərdə hər kəsi sizə qarşı qaldırmaq üçün Bodruma gələcəyəm".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31