Məşhur müğənni "bakirəyəm" dedi, kimsə inanmadı
Kanadalı pop-müğənni Selena Qomes bəkarəti barədə danışıb
23 May 2013 16:44 MədəniyyətMilli.Az AHT-yə istinadən bildirir ki, Qomes "Extra" jurnalına verdiyi müsahibəsində bakirə olduğunu bildirib.
"20 yaşım var və çoxlarının düşündüyünün tam əksinə olaraq, bəkarətimi qorumuşam. Yeniyetmə olanda atamdan kilsəyə gedərək mənə saflıq üzüyü gətirməsini istəmişdim. O üzük indi barmağımdadır və ailə həyatı qurana qədər daşıyacağam", - Qomes deyib.
Müğənninin açıqlaması məsxərə obyekti olub.
Dünən Facebook və Twitter-də on minlərlə amerikalı ilə kanadalı "Qomes bizi ələ salır?! O bakirəliyini itirəndən bəri illər keçib" yazıblar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31