Bred Pitt: "O qadınla özümü məhv etmişdim"
Məşhur amerikalı aktyor, Hollivud ulduzu Bred Pitt yaşamı ilə bağlı maraqlı açıqlamalar verib
24 May 2013 02:36 MədəniyyətMilli.Az AHT-yə istinadən bildirir ki, Pitt hazırda qeyri-rəsmi nikahda olduğu aktrisa Ancelina Coli ilə tanış olmazdan əvvəlki həyatından danışıb. 1998-ci ildə "Friends" serialına müvəqqəti rola dəvət alan Bred Pitt orada aktrisa Cennifer Eniston ilə tanış olmuşdu. Sonralar Bred və Cennifer evləndilər.
Bu nikah 2005-ci ildə dağılıb. "O qadınla özümü məhv etmişdim. Narkotik maddələrə, içkiyə qurşanmışdım, çünki ailə həyatı məni çox sıxırdı. Eniston ilə nikahda olduğum illərim hədər, puç getdi. Aktyorluq potensialımdan da yararlana bilmədim", - Pitt "Esquire" jurnalına verdiyi müsahibəsində deyib.
2004-cü ildə "Cənab və xanım Smit" filminin çəkilişlərində Ancelina Coli ilə tanış olan Pitt aktrisaya vurulub. Həmin tanışlıq sonra qeyri-rəsmi nikaha çevrilib, Bredlə Ancelinanın 6 övladı var. "Ailəmdən, həyatımdan çox razıyam. Evdəki xaosu da çox sevirəm", - aktyor söyləyib.