Cennifer Lopes telefon alverinə başlayır

Məşhur amerikalı aktrisa və müğənni Cennifer Lopes ABŞ-da yaşayan "latinos"lar üçün mobil rabitə salonları şəbəkəsi yaradır

Əslən Latın Amerikası bölgələrindən olan və Birləşmiş Ştatlarda yaşayan şəxslər üçün nəzərdə tutulmuş şəbəkə bu yaxınlarda fəaliyyətə başlayacaq. Milli.Az Mail Online-a istinadən bildirir ki, "Viva Movil" adlı mobil rabitə salonları şəbəkəsində "Verizon" korporasiyasının mobil telefonları və xidmətləri satılacaq. "Viva Movil" şəbəkəsi "Verizon" korporasiyasının məhsullarının və xidmətlərinin rəsmi distribütoru olacaq. 43 yaşlı Cennifer Lopesin mobil rabitə salonları şəbəkəsinin ilk dükanı iyunun 15-də işə başlayacaq. Bir qədər əvvəl "Movida Communications" şirkəti bu işlə məşğul olsa da, sonradan müflis olaraq qapanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31