Mənsum İbrahimov Tacikistan səfərindən qayıdıb
Xalq artisti səfər çərçivəsində yeni bir uğura imza atıb
23 May 2013 15:50 MədəniyyətBu haqda "OLAYLAR"a məlumat verən Xalq artisti səfər təəssüratlarını da bizimlə bölüşüb: "Ayın 16-20 arasında Tacikistana səfər edərək "Leyli və Məcnun" opera kompozisiyasını bu ölkənin simfonik orkestrı və xor qrupu ilə birgə səhnədə tədqim etdik. Tədbir Tacikistanın Mədəniyət Nazirliyi və bu ölkədə olan səfirliyimizin təşkilatçılığı ilə Heydər Əliyevin 90 illik yubleyinə həsr edilmişdi. Tədbirin açılışında Tacikistanın mədəniyyət naziri və ölkəmizin səfiri çıxış edərək dəyərli fikirlərini səsləndirdi". Konsert çərçivəsində taciklərlə birgə səhnədə çıxış edən Xalq artisti "Şəbu-hicran"ı da onlar tərəfindən bizim doğma dilimizdə ifa edildiyini qeyd edərək Nofəl rolunda da tacik aktyorun çıxış etdiyini vurğuladı. Konsertdəki ifaçılar haqda məlumat verən Mənsum İbrahimov səfərin çox uğurlu olduğunu dedi: " "Leyli və Məcnun" opera kompozisiyasında tərəf müqabilim Xalq artisi Nəzakət Teymurova oldu. Opera kompozisiyanın dirijoru Xalq artisti Yalçın Adıgözəlov, baş rejissor Əməkdar incəsənət xadimi Hafiz Quliyev, tar-kamanda bizi müşayiət edən Əməkdar artistlər Elçin Həşimovla, Elnur Əhmədov olub. Konsert bu ölkənin dövlət telekanalı vasitəsilə də canlı yayımlanırdı". Səfər çərçivəsində bir çox uğurlara imza atdığını deyən Xalq artisti Nəzakət Teymurova ilə birgə hətta taciklərə Azərbaycan muğamı haqda bir saatlıq dərs keçdiklərini də vurğulayıb: "Səfər çərçivəsində Azərbaycan Milli Konservatoriyası ilə Tacikistan Milli Konservatoriyası arasında böyük layihə imzalandı. Bundan başqa tələbə mübadiləsi və bir çox beynəlxalq konfranslarda iştirak etmək üçün müqavilələr də imzalandı. Daha sonra "Azərbaycan muğamları"ndan ibarət Xalq artisti Nəzakət Teymurova ilə birgə taciklər üçün ustad dərslərimiz də təşkil edildi". Xalq artsiti bundan başqa növbəti səfəri haqda da məlumat verib: "26-31 amy tarixlərində "Simfonik Muğam" layihəsi üçün Lüksemburqa səfər edəcəyik. Bu ölkənin simfonik orkestrı ilə Azərbaycan muğamlarını ifa edəcəyik. Dirijor Xalq artisti Yalçın Adıgözəlov, tar-kamanda isə Elçin Həşimovla Elnur Əhmədov məni müşayiət edəcək".