Ayrılan kimi yeni sevgili tapdı
24 İyun 2021 10:32 Mədəniyyət"Survivor" yarışmasından sonra sürpriz eşqə başlayan Nisa Bölükbaşı ilə Barış Murat Yağcı son vaxtlar özəl həyatları ilə gündəmdən düşmür.
Olaylar.az türk mediasına istinadən xəbər verir ki, cütlük qalmaqallı münasibətlərinə son qoyduqlarını açıqlayıblar. Barış "Bir daha barışmaram. Qapı bağlandı, çilingər də aça bilməz. Münasibətim haqda danışmaq istəmirəm. Bitdi getdi. Nisanın qərarları və həyatına girəcək insanlarla birlikdə xoş yaşamasını diləyirəm" sözlərini söyləyib.
Amma bu açıqlamanın ardından Bölükbaşının yeni bir eşqə başladığı ortaya çıxıb. Onun "Survivor"dan tanış olduğu sörfçü Suleyman Atli ilə birlikdə olduğu bildirilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31