Sevgilisi Hadisədən buna görə ayrılıbmış - SƏBƏB
19 İyun 2021 14:33 MədəniyyətTürkiyəli müğənni Hadisə yenidən gündəmə gəlib.
Olaylar.az sfera.az-a istinadən bildirir ki, iddialara görə, ifaçının sevgilisindən ayrılmasına səbəb Ebru Gündəş olub. Belə ki, Hadisənin sevgilisi Kaan Yıldırım baş verənlərlə bağlı məlumatı öyrənmək üçün Gündəşə zəng edib. Müğənni detalları Yıldırımla paylaşandan sonra o, Hadisə ilə münasibətlərini sonlandırıb.
Digər iddiaya görə isə, cütlüyün ayrılmasına səbəb Yıldırımın ailəsi olub. Yaranan qalmaqalların ardınca aktyorun ailə üzvləri Hadisə ilə yollarını ayırmasını tələb edib.
Qeyd edək ki, Ebru Gündeş 11 illik həyat yoldaşı R.Zərrab ona başqa qadınlarla xəyanət etdiyinə görə boşanma qərarı almışdı. Həmin qadınlar arasında müğənni Hadisənin da adı hallanmışdı.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31