Afaq Bəşirqızı: “Xəstəliyim o qədər dərinləşib ki...” - VİDEO
19 İyun 2021 10:16 MədəniyyətXalq artisti Afaq Bəşirqızı səhhətindən danışıb.
Olaylar.az xəbər verir ki, "Elgizlə izlə" proqramında qonaq olan aktrisa hazırda özünü yaxşı hiss etdiyini bildirib:
"Günü-gündən yaxşılaşıram. Bunu 5-6 aya bilmək mümkündür. Bəlkə də, bir aydan sonra nəticəni hiss edə bilərəm. Xəstəliyim o qədər dərinləşib ki, onun tam sağalması yox, bir az mənə dayaq olması mümkündür sadəcə... Səhər açılanda həkimdəyəm, axşam evə gəlirəm".
Qeyd edək ki, Xalq artisti bir müddət əvvəl dizindən əməliyyat olunub. Ona kök-hüceyrə köçürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31