“Dərmanların təsiri ilə səhv etdim” - Ərbil üzr istədi

Bir neçə gündür mübahisələri ilə gündəmdən düşməyən türkiyəli şoumen Mehmet Əli Ərbil və müğənni Səda Sayan barışıb.

Olaylar.az bildirir ki, bu barədə şoumen sosial şəbəkə hesabında paylaşım edib.

Sayandan üzr istəyən Ərbil bildirib ki, onların arasına heç kim girə bilməz. "Səda mənim canımdır, bacımdır. Oğlu oğlumdur, o da mənim uşaqlarımı öz övladlarından ayırmır. Mən dərmanların təsiri ilə bir səhv etdim. Ona görə də Sədadan da, oğlu Oğulcandan da üzr istəyirəm" , - deyə şoumen qeyd edib. Xatırladaq ki, bundan öncə, məşhur şoumen Səda Sayanın keçmişinin təmiz olmadığını demiş, Səda Sayan isə onu evlərində çalışan qulluqçuya təcavüz etməklə günahlandırmışdı. sfera

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31