Başak Dizer hamiləlik xəbərlərini təkzib etdi

Türkiyəli məşhur aktyor Kıvanç Tatlıtuğun həyat yoldaşı model Başak Dizer hamiləlik xəbərlərini təkzib edib.

Olaylar.az bildirir ki, bununla bağlı model sosial şəbəkə hesabında məlumat paylaşıb.

Belə ki, Başak bir dostunun təbrik mesajına cavab verərək hamilə olmadığını irəli sürüb."Hamilə deyiləm. Hər il mütəmadi olaraq yayılan yalan xəbərlərdən biridir", - deyə model qeyd edib.

Xatırladaq ki, bir neçə gün əvvəl, Kıvanç Tatlıtuğun ata olacağı haqqında xəbərlər yayılmışdı.

sfera

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31