İradə İsaka vəzifə verildi
10 İyun 2021 17:22 MədəniyyətTanınmış telejurnalist İradə İsak yeni vəzifəyə təyin olunub.
Olaylar.az xəbər verir ki, İradə İsak "AysMed" klinikasında direktorun birinci müavini təyin edilib.
"Övladımla əlaqədar uzun müddət çalışmırdım. Düşünürdüm ki, yenilikləri televiziya sahəsində edərəm. Lakin belə təklif gəldi və bu sahədə özümü sınamaq istədim. Klinikanın rəhbərliyi ilə əvvəl kiçik işlərimiz olmuşdu. Bəyəndilər və mənə bu vəzifəni təklif etdilər. Mənə etimad etdiyi üçün klinikamızın rəhbərliyinə təşəkkür edirəm", - deyə İradə İsak bildirib.(azvision.az)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31