Abşeronda tülkülər peyda olub - VİDEO

Abşeron rayonunda tülkülər peyda olub.

Sakinlər iddia edir ki, görüntülər Abşeron rayonunun Digah qəsəbəsində qeydə alınıb.

Ötən gün çəkilən görüntülərin ərazidə boş torpaq sahəsində lentə alındığı qeyd edilib.

Vətəndaşlar iddia edir ki, ərazidə peyda olan tülkülər uşaqlara hücum çəkməyə başlayıb:

"Tülkülər toyuq-cücə saxlayan qonşuların həyətinə girir, uşaqlara hücum edir. Aidiyyəti üzrə müraciət etsək də, məsələnin həlli üçün tədbir görülmür"./Oxu.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31