Ramiz Əzizbəyli ilə vida mərasimi evində keçiriləcək
10 İyun 2021 10:17 MədəniyyətXəbər verdiyimiz kimi, Xalq artisti Ramiz Əzizbəyli ötən gün yerləşdirildiyi xəstəxanada dünyasını dəyişib.
Aktyorun qohumu, müğənni Nurlan Əzizbəyli bildirib ki, mərhumla vida mərasimi Yeni Yasamalda yerləşən evində keçiriləcək.
"Harada dəfn olunacağı hələ məlum deyil. Ramiz Əzizbəylinin nəşi bir azdan evinə gətiriləcək. Hələ xəstəxanadan ailəsinə təhvil verilməyib" deyə, N.Əzizbəyli qeyd edib.
Qeyd edək ki, Xalq artisi Ramiz Əzizbəyli bir müddət öncə koronavirus (COVID-19) diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31