Ramiz Əzizbəylinin vəziyyəti ilə bağlı yeni açıqlama
9 İyun 2021 16:22 MədəniyyətXalq artisti Ramiz Əzizbəylinin vəziyyəti ağır olaraq qalır, aktyor huşzuz vəziyyətdədir, onun həyatı aparatla dəstəklənir.
Olaylar.az bildirir ki, bunu Trend-ə Azərbaycan Dövlət Akademik Filarmoniyasının solisti Nurlan Əzizbəyli deyib.
O bildirib ki, həkimlər aktyorun yanına heç kimi buraxmır: "Həkimlər deyir ki, onun həyatını yalnız möcüzə xilas edə bilər. Biz hamımız onun üçün dua edirik".
Qeyd edək ki, koronavirusa yoluxan 72 yaşlı Xalq artisti iki həftədən çoxdur Zığ qəsəbəsindəki modul tipli hospitala yerləşdirilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31