Sevda sex açır
9 İyun 2021 11:13 MədəniyyətMüğənni Sevda Əliqızı pandemiya ərəfəsində maddi sıxıntılarını aradan qaldırmaq üçün şirniyyat bişirib satırdı.
Olaylar.az big.az-a istinadən xəbər verir ki, sənətçi "Səhər mərkəzi" proqramında biznesini böyütmək istədiyini deyib. O bildirib ki, toylarla bağlı qadağa davam etsə, şirniyyat sexi açacaq:
"Ümid edirəm ki, toylara icazə veriləcək və biz işimizə qayıdacağıq. Amma ondan əvvəl evimizin aşağısında böyük yer var. İstəyirəm işimi böyüdüm, orada sex açım. Bir neçə işçi də götürüb, biznesi böyüdüm".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31