“Atamın dəfninə çatmadım” - Yusif Eyvazov + Video

Xalq artisti Yusif Eyvazov Rusiyanın NTV telekanalının ən reytinqli layihələrindən biri - "Sekret na million"un qonağı olub.

Olaylar.az  xəbər verir ki, proqram zamanı mərhum atası ilə bağlı xatirələrini danışan ifaçı göz yaşlarına hakim ola bilməyib.

"Atam mənə dəstək olan yeganə və ilk insan idi. O, mənim uğuruma dəlicəsinə inandığına baxmayaraq, onu görmədi. Mənə danışdılar ki, onun səsimin yazıldığı diktofonu var idi, onu dostlarına qulaq asmağa verirdi, amma mənə heç nə deməmişdi. Mən heç nə bilmirdim, sadəcə onlara İtaliyada hansısa dərsdə oxuduğum kaseti göndərmişdim", - Eyvazov deyib.

Xalq artisti qeyd edib ki, Bakıya gəldikcə ilk növbədə atasının məzarını ziyarət edir:

"Mən ona çox şey deyə bilmədim. Onunla danışa bilmədiyimə görə təssüf hissi keçirirəm. Ölümündən iki gün əvvəl onunla telefonla söhbət etdik. Hər şeyin yaxşı olduğunu dedi və xahiş etdi ki, gəlməyim. Bildirdi ki, xəstəxanada olmaq ona əzab verir, lakin hər şey yaxşı olacaq. Onun böyrək çatışmazlığı var idi. Mən onun dəfninə çatmadım,  bir müddət sonra gəldim. Fiziki olaraq vaxtım yox idi, yay idi, iyul ayı idi, dərhal dəfn etmək lazım idi, məndə alınmadı...".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31