DİN-dən Mustafa Cecelinin Bakı konserti ilə bağlı - AÇIQLAMA

Türkiyəli müğənni Mustafa Ceceli şənbə günü Bakıda konsert proqramıyla çıxış edib. 

Olaylar.az xəbər verir ki, müğənni konsertdən görüntüləri öz "Instagram" səhifəsində paylaşıb.

Görüntülərdə ökədə tətbiq edilən karantin qaydalarının kobud şəkildə pozulduğu aydın görünür.

Olaylar.az məsələ ilə bağlı Daxili İşlər Nazirliyi ilə əlaqə saxlayıb.

Nazirliyin mətbuat xidmətinin əməkdaşı Anar Qafarov AZXEBER.COM-a açıqlamasında bildirib ki, məsələ araşdırılacaq: "Bununla bağlı bizdə məlumat yox idi. Bu məsələni araşdırıb, ictimaiyyətə ətraflı məlumat verəcəyik".

Mustafa Cecelinin konsertdən paylaşdığı görüntüləri təqdim edirik:

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31