"İsti imkan versə geyinərəm" - Tənqidlərə cavab verdi
Müğənni-bəstəkar Ramal İsrafilov sosial şəbəkədə yayımladığı yarıçılpaq fotolarını tənqid edənlərə cavab verib.
7 İyun 2021 12:15 MədəniyyətMüğənni-bəstəkar Ramal İsrafilov sosial şəbəkədə yayımladığı yarıçılpaq fotolarını tənqid edənlərə cavab verib.
Olaylar.az xəbər verir ki, yenidən eyni formada şəkil yayımlayan sənətçi "Eybi yox həmişə mahnılarıma "əla, super" deyilməyəcək ki, bir az da tənqid olunum. İsti imkan versə, köynək geyinərəm. Kondisioner havası olan-qalan səsimi də batıracaq" sözlərini yazıb.
İzləyicilərinin yazdığı tənqidlərə bir-bir cavab verən Ramal "Gözdən düşürsən" sözlərinə "Gözdən buruna, ordan da dodağa düşəcəm. Uzaq başı dişdək-dişdək edəcəklər. Bir az tənqid olsun görüm nə edirəm" reaksiyasını verib.
Qeyd edək ki, Ramal daha sonra əvvəl paylaşdığı fotolarını silib. Ardından isə qış geyimində şəkil yayımlayan ifaçı "Geyinin dostlar, geyinin" sözlərini yazıb.

