"Mənə fikir verməyənə salam vermirəm" - Qalmaqal
"O qızın xasiyyətində soyuqluq var. Ola bilər ki, başqa planetdə olub, məni görəndə "salam" verməyib".
7 İyun 2021 11:50 Mədəniyyət"O qızın xasiyyətində soyuqluq var. Ola bilər ki, başqa planetdə olub, məni görəndə "salam" verməyib".
Olaylar.az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri rəqqasə Fatimə Fətəliyeva "ATV maqazin onlarla" verilişində müğənni Rahidə Baxışovanın ünvanına deyib. Sənətçi ifaçı ilə danışmadıqlarını söyləyib:
"Hadisə kanalların birində baş verdi. Zəng vurdum ki, niyə mənə "salam" vermirsən. Söhbət uzandı. Əvvəl hamıya salam verirdim. İndi yox, mənə fikir verməyənə salam vermirəm. Sonra da adını qoyurlar ki, xına evi açdım, Fatimə küsdü. Rahidə xına evi açdı Fatimənin xınası azaldı?".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31