Türkiyənin 16 məşhuru məhkəməyə verildi
Türkiyənin məşhur aktrisası Ezgi Molaya dəstək olan 16 tanınmış sima məhkəməyə verilib
4 İyun 2021 11:28 MədəniyyətTürkiyənin məşhur aktrisası Ezgi Molaya dəstək olan 16 tanınmış sima məhkəməyə verilib.
Olaylar.az istinadən xəbər verir ki, E. Molanın fikirlərinə dəstək olan Hadise, Mahsun Kırmızıgül, Hazal Kaya, Kerem Bursin kimi məşhurların olduğu incəsənət üzvlərinin cəzalandırılması tələb edilib.
Aktrisa keçən il intihar edən İpek Erə təcavüz edən Musa Orhanı təhqir edib. O, 12 ildən çox azadlıqdan məhrum edilməsi tələb edilən M.Orhanın istintaq müddətində sərbəst buraxılması qərarına etiraz edərək "Təcavüzçü şərəfsizi azad edən vicdanınızda boğulun" statusunu yazıb. Bundan sonra M.Orhanın vəkili onun barəsində Ankara Cümhuriyyət Prokurorluğuna müraciət edib. Aktrisanın 2 il 4 aya qədər həbsi istənilib.
Məşhurlar və vətəndaşlar E. Molaya dəstək paylaşımlarını davam etdirirlər. Onlar #EzgiMolaYalnızDeğildir həştəqi yaradarq aktrisanın yanında olduqlarını nümayiş etdiriblər. metbuat.az