"Aktyorlar o sözü deməz"
3 İyun 2021 20:23 MədəniyyətMüğənni İlhamə Qasımova aktyor Fərda Xudaverdiyevlə bağlı qalmaqallı sözlər deyib.
Olaylar.az axşam.az-a istinadən bildirir ki, sənətçi bu haqda "Həmin Zaur" verilişində danışıb. Proqramda aktyorların qadın paltarı geyinməsi müzakirə olunub. Aparıcı Fərdanın "Heç vaxt qadın paltarı geyinmərəm" sözlərini xatırladıb. Bu isə İlhaməni əsəbiləşdirib.
"Aktyorlar o sözü deməz. Bəlkə işinə görə elə rolu oldu ki, geyindi. "Etmərəm" sözünü deyən aktyor aktyor deyil. Onu aktyor deyibsə, indidən göstərib ki, yaxşı aktyor deyiləm. Fərda aktyordur, stand-up edir, bəlkə tələb edildi? Hollivud ulduzlar var ki, geyinir. "Oskar" alan aktyor var, qadın geyimi geyinib və ailəsi də var" - deyə, İlhamə söyləyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31