Narkotik çəkib səhnəyə çıxdı - Fotolar
1 İyun 2021 15:30 MədəniyyətRusiyalı müğənni və aparıcı Olqa Buzovanın Volqoqraddakı konserti qalmaqsız ötüşməyib.
Olaylar.az xəbər verir ki, əvvəlcə sənətçi səhnəyə bir saat gec çıxması ilə tamaşaçıları qıcıqlandırıb. "Dom 2" realiti şousundan tanınan Buzova mikrofonla oynamağa, gah ağlamağa, gah da gülməyə başlayıb.
Üç mahnı oxuduqdan sonra səhnədən enən müğənni kulisə keçib. Mikrofonu açıq qalan sənətçinin orada danışdıqları və söyüşlərini tamaşaçılar açıq-aydın eşidiblər.
Paltarını dəyişdikdən sonra səhnəyə qayıdan Olqa bu dəfə onu izləməyə gələnlərə barmağı ilə qeyri-etik hərəkət göstərib. "Çıxışımı bitirəndən sonra gedə bilərsiniz. ya da özünüz bilərsiniz" deyə, Buzova söyləyib.
Buzovanın səhnəyə çıxmazdan əvvəl narkotik istifadə etdiyi iddia olunub. axşam.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31

