Manafdan Mənzurəyə AĞIR CAVAB: "Könüllə sevgiliyəm?" - Video
31 May 2021 15:58 MədəniyyətMüğənni Mənzurə Musayevanın söylədiyi "Duet oxuyanlar bir-biriylə sevglidir" sözləri cavabsız qalmayıb.
Olaylar.az xəbər verir ki, Lent.az-a açıqlama verən müğənni Manaf Ağayev Mənzurənin düzgün danışmadığını deyib:
"Mənzurənin sözləri düzgün deyil. Könül Kərimova ilə duet oxumuşam. Onunla sevgiliyəm? Arzu Qarabağlı ilə də duet oxumuşam. O deməkdir ki, sevgiliyik? Hansısa müğənnidən duet təklifi alırıq, səsimiz uyğun gəlir, oxuyuruq. Bunu yozmaq düzgün deyil. Onun dediyi sözlərdə həqiqət də var. Çünki bir-biriylə sevgili olan duet oxuyanlar var. Adam da var ki, bir yerdə toya getməyiblər, amma sevgilidirlər. Ümumi danışmaq lazım deyil. Mənə az fərq edir. Qorxan oğlan deyiləm".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31