"Həyat yoldaşım xəstəlikdən vəfat etdi" - Video

Müğənni İlhamə Qasımovanın həyat yoldaşı vəfat etdikdən sonra səhhətində problem yaranıb.

Müğənni İlhamə Qasımovanın həyat yoldaşı vəfat etdikdən sonra səhhətində problem yaranıb.

Olaylar.az xəbər verir ki, sənətçi bu haqda "ATV maqazin onlarla" proqramının "33 sual" rubrikasında deyib. Sənətçi uzun müddət dərmanlar içdiyini söyləyib:

"Bu haqda danışmaq istəmirəm. Dörd il əvvəl oldu və bitdi. Xəstəlikdən dünyasını dəyişdi. O, vəfat edəndə Azərbaycanda deyildim. Səhnədə də deyildim, həmin vaxt heç kim məni görə bilməzdi. Lazımi qədər vaxtım oldu ki, özümə gəlim. Artıq güclü qadın deyiləm. Elə idim, amma indi deyiləm. Çox güclü gəlmişdim. Amma həyat mənə "stop" komandası verdi. İki əmim, bibim rəhmətə getdi. Qorxmağa başladım. Vaxt var idi, gülüb başqasına güc verərdim, təsəlli olurdum, amma artıq yox. Təskinlik verə bilmirəm. Öz səhhətimdə problemlər yarandı. Rayonda qaldım, dərmanlar içdim. Panik-ataklar keçirirdim".

 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31