Bu avtobuslar həftəsonları da xidmət göstərəcək - RƏSMİ

Azərbaycanda şəhərlərarası və rayonlararası sərnişin daşımaları həftəsonları da xidmət göstərəcək.

Azərbaycanda şəhərlərarası və rayonlararası sərnişin daşımaları həftəsonları da xidmət göstərəcək.

Olaylar.az bildirir ki, bunu Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova deyib.  

"Həftəsonları  şəhər və rayonlararası sərnişin daşıyan avtobuslarda sərnişinlərin hərarəti ölçüləcək, hərarəti olan sərnişinlər tibb məntəqəsinə göndəriləcək" - , deyə o qeyd edib. 

Qurum rəsmisi həmçinin bildirib ki, Naxçıvana da ən yaxın zamanda gediş-gəliş bərpa olunacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31