Nadir Qafarzadə: "Buranı sevdim, heç kim açıq-saçıq geyinmir"

"Əsl Avropa dediyimiz bəlkə də elə bu şəhərdən başlayır".

"Əsl Avropa dediyimiz bəlkə də elə bu şəhərdən başlayır".

Olaylar.az xəbər verir ki, bunu Rusiyada səfərdə olan müğənni Nadir Qafarzadə Sankt-Peterburq şəhəri barədə danışarkən bildirib.

"Çox mədəni insanlar - sakit, sterssiz, əsəbsiz... Nə soruşursan, cavab verirlər. Deyirlər, azərbaycanlıları Rusiyada sevmirlər, vallah, bunu görmədim. Kim özünü yaxşı aparırsa, qanuna riayət edirsə, burada ayrı-seçkilik salmırlar. İnsanların heç kimlə işi yoxdur. Hər kəs yolu ədəb-ərkanlı gedir, açıq-saçıq geyinən yoxdur, eşitdiyimə görə isti də olanda geyinmirlər. Heç kimə nəyisə sübut etmək istəmirlər. Sadə geyinirlər. Öz pullarını, mallarını, geyimlərini nümayiş elətdirmirlər. Mən belə xoşlayıram. Sevdim səni, Piter", - deyə o bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31