Hadisə təzminat davasını qazandı
29 May 2021 14:56 MədəniyyətTürkiyəli müğənni Hadisənin aparıcılar Seren Serengil ilə Cengiz Semercioğluna açdığı təzminat davasının məhkəmə prosesi sona çatıb.
Olaylar.az axşam.az-a istinadən xəbər verir ki, hakim aparıcıların Hadisə Açıqgözə 8 min TL (təxminən 1 607 manat) mənəvi təzminat ödəmələri haqda qərar qəbul edib.
Qeyd edək ki, 2018-ci ildə Hadisənin Bodrumda işlətdiyi çimərliyinə 1 milyon 900 min TL borcu olduğu iddia edilmişdi. Seren Serengil ilə Cengiz Semercioğlu da bu xəbəri öz verilişlərində müzakirə etmiş və rəylər bildirmişdilər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31