Samirə Əfəndi: "Çox xoşbəxtəm"
29 May 2021 12:02 Mədəniyyət"Hər bir müsabiqədə yaddaşlarda qalmaq və auditoriyanın sevgisini qazanmaq, bu bir musiqi müsabiqəsidirsə, sənin mahnının səslənməsi vacibdir. Çox xoşbəxtəm ki, hər ikisinə nail olmuşam".
Olaylar.az bildirir ki, bunu Azərbaycanı "Avroviziya-2021" beynəlxalq mahnı müsabiqəsində təmsil etmiş Samirə Əfəndi deyib.
İfaçı ona dəstək olan hər kəsə təşəkkürünü bildirib. "Bütün komandama, bu günə qədər məni çox dəstəkləyən dinləyicilərimə təşəkkür edirəm. Ən əsası isə bu təcrübəni, yeni dostlar və dinləyicilər əldə etdiyimə görə "Avroviziya" müsabiqəsinə minnətdaram" - , deyə Əfəndi qeyd edib.
Xatırladaq ki, Samirə Əfəndi "Avroviziya-2021" müsabiqəsində ölkəmizi "Mata Hari" mahnısı ilə təmsil edib. O, 65 xalla 20-ci yeri tutub. sfera
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31