Ebru Gündəş rəsmi olaraq boşandı
29 May 2021 11:43 MədəniyyətTürkiyəli müğənni Ebru Gündəş rəsmi olaraq boşandı.
Olaylar.az bildirir ki, ifaçının azərbaycanlı iş adamı Rza Zərraba açdığı dava aprel ayında yekunlaşsa da, Gündəşin Türkiyəyə dönüşü ilə qərar dəqiqləşdi. Belə ki, bir müddətdir Amerikada olan Ebru vəkilləri ilə görüşüb boşanma qərarına nöqtə qoydu və cütlük rəsmən ayrıldı. Qızları Alaranın qəyyumluğu isə Ebru Gündəşə verildi.
Qeyd edək ki, Ebru Gündeş 11 illik həyat yoldaşı R.Zərrab ona başqa qadınlarla xəyanət etdiyinə görə boşanma qərarı almışdı.
sfera
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31