AzTV-dən Respublika Günü ilə bağlı təsirli film
28 May 2021 15:26 MədəniyyətAzTV Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 103-cü ildönümü ilə bağlı qısametrajlı film istehsal edib.
"28 May" adlı film Azərbaycanın müstəqilliyi və azadlığı uğrunda başlanan mübarizədən və üçrəngli bayrağımızın tarixində ən şərəfli, yaddaqalan günlərdən biri - Şərqdə və Türk-islam dünyasında ilk demokratik, dünyəvi dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından bəhs edir.
Filmin bədii rəhbəri Ranar Musayev, rejissoru və quruluşçu operatoru Elvin Əhmədoğlu, ikinci rejissoru Asif Adildir. Baş rolları Qurban Əhmədov və Qurban İsmayılov ifa ediblər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31