Ramiz Əzizbəylinin vəziyyəti ilə bağlı AÇIQLAMA
28 May 2021 11:19 MədəniyyətKoronavirusa (COVID-19) yoluxaraq xəstəxanaya yerləşdirilən Azərbaycanın xalq artisti, kino rejissor Ramiz Əzizbəylinin vəziyyəti açıqlanıb.
Xalq artistinin ailəsindən "Report"a bildirilib ki, R.Əzizbəylinin xəstəxanada müalicəsi davam edir:
"Qızı ilə eyni palatadadırlar. Həkimlər Ramizin vəziyyətinin orta-ağır olduğunu deyirlər. Oksigen verirlər".
Qeyd edək ki, 72 yaşlı Xalq artisti Zığ qəsəbəsində yerləşən koronaviruslu xəstələrin müalicə aldığı modul tipli hospitala yerləşdirilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31