Şəbnəm Tovuzlu: ""Aşkım"ın 45 yaşı var, şokolad kimi oğlandır"
26 May 2021 18:37 MədəniyyətMüğənni Şəbnəm Tovuzlu İnstaqramda bir izləyicisinə yazdığı rəylə diqqət çəkib.
Olaylar.az sherg.az-a istinadən xəbər verir ki, ona bir sosial şəbəkə istifadəçisi "Şəbnəm, "YouTube"də bir qoca kişi ilə səni paylaşıblar. Hamı deyir ki, guya Həci həmin qocadır. Mən də gördüm, inanmadım" komentini yazıb. İfaçı isə bu şərhi cavabsız qoymayıb:
"Həcinin dərdi çoxlarını aparıb. O qoca kimdir, kim onu ora yapışdırıb bilmirəm. Amma mənim "aşkım"ın 45 yaşı var. Şokolad kimi boylu-buxunlu oğlandır. Kimin şəklini paylaşırlar, paylaşsınlar. İt hürər, karvan keçər".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31