Məşhur modelin şübhəli ölümü - Vaksin vurdurandan bir neçə gün sonra...
26 May 2021 17:24 Mədəniyyətİngiltərəli model Stefan Dubois dünyasını dəyişib.
Olaylar.az bildirir ki, model "AstraZeneca" vaksinini vurdurandan bir neçə gün sonra vəfat edib. Onun peyvənddən dərhal sonra "özümü qorxunc hiss edirəm" kimi cümlədən istifadə etməsi ölkədə "AstraZeneca"nı yenidən müzakirə obyektinə çevirib.
39 yaşlı model vaksinin ilk dozunu 6 may tarixində vurdurmuşdu. İddiaya görə, bir həftə sonra tənəffüs problemlərinə görə xəstəxanaya yerləşdirilən Stefanın damarlarında qan dövranının qarşısını alan laxtalanma əmələ gəlib.
O, 19 may tarixində komaya girib və dünyasını dəyişib. Modelin şübhəli ölümünün Avropa Dərman Agentliyi tərəfindən araşdırılacağı açıqlanıb.
Sfera.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31

